Ana Sayfa > Karusel / Dünya > Netanyahu: Livanın Hizbullahı tərksilah etmək səyləri kifayət deyil

Netanyahu: Livanın Hizbullahı tərksilah etmək səyləri kifayət deyil


8-01-2026, 15:05. Yazar: Admin

İsrailin Baş naziri- Benyamin Netanyahu

 

Livanın Hizbullahı tərksilah etmək üçün göstərdiyi səylər ümidvericidir, amma kifayət deyil.

Qarabaginfo.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında əldə olunan atəşkəs razılaşmasında açıq-aşkar qeyd olunur ki, Hizbullah tamamilə tərksilah edilməlidir. Bu, İsrailin təhlükəsizliyi və Livanın gələcəyi üçün bir məcburiyyətdir”,- Netanyahu vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Livan ordusu ölkənin cənubunda hərbi-texnikaya tam nəzarəti ələ aldığını elan edib.


Geri dön