Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə xəbərdarlıq edib
Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə xəbərdarlıq edib

Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə xəbərdarlıq edib


8-01-2026, 12:54. Yazar: Admin

Azərbaycan Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə xəbərdarlıq edib

Yanvarın 6-da Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin növbəti iclası keçirilib.

Bu barədə Qarabaginfo.az AYB-nin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Bildirilib ki, gündəlikdəki bir neçə məsələ ilə yanaşı, Birliyin üzvləri arasında illik üzvlük haqqını ödəməyənlərin siyahısı müzakirə olunub: "Qaydalara əsasən, bir neçə il üzvlük haqqını ödəməyən şəxslər xəbərdarlıq edilmədən Birlikdən xaric edilməlidirlər. Lakin buna baxmayaraq, onlara dəfələrlə xəbərdarlıq edilib. Qərara alınıb ki, “Ədəbiyyat qəzeti”ndə sonuncu dəfə xəbərdarlıq edilsin. Beləliklə, fevralın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyinin sıralarından xaric ediləcəklər".


Geri dön