Ana Sayfa > Karusel / Sosial > Amnistiya aktı indiyədək 3 846 məhkuma tətbiq olunub
Amnistiya aktı indiyədək 3 846 məhkuma tətbiq olunub8-01-2026, 12:16. Yazar: Admin |
|
"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı 22 dekabr tarixindən 7 yanvar tarixinədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 846 məhkum barəsində tətbiq olunub.
Qeyd olunub ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrum etmə, 33 nəfərin isə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə 8 nəfər cəzadan azad olunub. Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir. Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3 625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxslərdir. Amnistiya aktının icrası davam etdirilir. Geri dön |