Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli 1167/ü nömrəli Əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib və ləğvetmə komissiyası yaradılıb.
Qarabaginfo.az xəbər verir ki, ləğv olunmuş COP29 Azərbaycan Əməliyyat Şirkətinin kreditor borcları ilə əlaqədar iddialar 2 (iki) ay müddətində ləğvetmə komissiyasına təqdim edilməlidir. Göstərilən müddətdən sonra iddialara baxılmayacaq.