Ana Sayfa > Karusel / Dünya > Yəməndə separatçı hökumətin başçısı vəzifədən uzaqlaşdırılıb

Yəməndə separatçı hökumətin başçısı vəzifədən uzaqlaşdırılıb


7-01-2026, 13:27. Yazar: Admin

Cənubi Keçid Hökumətinin keçmiş başçısı- Aydarus əl-Zübeydi

 

Yəməndə separatçı Cənubi Keçid Hökumətinin (CKH) başçısı Aydarus əl-Zübeydi vəzifəsindən azad edilib.

Qarabaginfo.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, əl-Zübeydi danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına getməkdən imtina edərək qaçdıqdan sonra beynəlxalq ictimaiyyət tərəfindən tanınan Prezident Şurasının hökuməti tərəfindən vətənə xəyanətdə ittiham olunub.

Bir müddət harada olduğu məlum olmayan əl-Zübeydinin Aden şəhərində olduğu CKH tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Yəmən böhranının həlli məqsədilə Cənubi Keçid Hökumətinin başçısını Ər-Riyadda danışıqlara dəvət edib.

Cənubi Keçid Hökuməti isə Səudiyyə Ərəbistanına göndərdiyi heyətlə əlaqənin kəsildiyini bildirərək, rəsmi Ər-Riyadı əlaqəni bərpa etməyə çağırıb.


Geri dön