Ana Sayfa > Karusel / Region > İranda etirazlar davam edir: ölənlərin sayı 36-ya çatıb

İranda etirazlar davam edir: ölənlərin sayı 36-ya çatıb


7-01-2026, 11:37. Yazar: Admin

İranda etirazlar davam edir: ölənlərin sayı 36-ya çatıb

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 36 nəfərə çatıb. Ölənlərdən 34 nəfəri etirazçı, 2 nəfər isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Ölənlər arasında yaşı 18-dən aşağı olan 4 nəfər var.

27 vilayətdə davam edən etirazlarda 2000-dən çox insan həbs olunub.

İranın Abdanan şəhərinin etirazçılar tərəfindən ələ keçirilməsi İran mediası tərəfindən təkzib olunub. Hazırda Abdanan şəhərində asayişin təmin olunduğu bildirilir.


Geri dön