Ana Sayfa > Karusel / Dünya > Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin arsenalında güclü partlayışlar baş verib

Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin arsenalında güclü partlayışlar baş verib


6-01-2026, 14:49. Yazar: Admin

Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin arsenalında güclü partlayışlar baş verib

Kostroma vilayətinin Neya şəhərində yerləşən Rusiya Müdafiə Nazirliyinin Baş Raket və Artilleriya İdarəsinin arsenalında partlayışlar gecə boyu davam edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Unian“ məlumat yayıb.

Yerli sakinlərin sosial şəbəkədə paylaşdıqları məlumatlara görə, arsenalda partlayış bütün gecə davam edib və hadisə yerində evakuasiya tədbirləri həyata keçirilib.

Bildirlir ki, Neya şəhərindəki arsenalın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib və əhali təxliyə olunur. Partlayışlar nəticəsində hər hansı insan tələfatı barədə məlumat hələ də açıqlanmayıb.


Geri dön