Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: İranda davam edən etirazlarda 35 nəfər ölüb
Ana Sayfa > Karusel / Region > KİV: İranda davam edən etirazlarda 35 nəfər ölüb

KİV: İranda davam edən etirazlarda 35 nəfər ölüb


6-01-2026, 11:34. Yazar: Admin

KİV: İranda davam edən etirazlarda 35 nəfər ölüb

İranda davam edən etirazlarda ölənlərin sayı 35 nəfərə çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-da yerləşən İnsan Haqları Fəalları Xəbər Agentliyi (HRANA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 1200-dən çox insan polis tərəfindən saxlanılıb.

Məlumata görə, 29 etirazçı, 4 azyaşlı və təhlükəsizlik qüvvələrindən 2 nəfər öldürülüb.

İran mediası isə son sutka ərzində etirazların zəiflədiyini və zorakılıq hallarının baş vermədiyini xəbər verir.

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-də rialın dollar qarşısında kəskin dəyər itirməsinə reaksiya olaraq başlayıb.


Geri dön