Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib

Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib


6-01-2026, 10:41. Yazar: Admin

Azərbaycan Prezidenti: Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib

05 yanvar 2026 21:20 (UTC +04:00)
Xalq Bank

Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərib. Təkcə bu fakt kifayətdir ki, hər kəs anlasın, nə üçün bizim, həm Obama-Bayden, həm Bayden-Blinken administrasiyası ilə münasibətlərimiz istənilən səviyyədə deyildi.

APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Obama-Bayden administrasiyası ilə əlaqələr kifayət qədər məsafəli idi, Bayden-Blinken administrasiyası isə bizim əlaqələrimizi faktiki olaraq böhrana salmışdı”, - deyə dövlətimizin başçısı bildirib.


Geri dön