Ana Sayfa > Karusel / Region > Moskvadan Gəncəyə uçmalı olan təyyarə saatlardır gecikir

Moskvadan Gəncəyə uçmalı olan təyyarə saatlardır gecikir


3-01-2026, 13:52. Yazar: Admin

moskvadan-genceye-ucmali-olan-teyyare-saatlardir-gecikir

Moskvanın “Domodedovo” Hava Limanından Gəncə şəhərinə uçmalı olan U6 2411 Moskva-Gəncə reysi təxminən 5 saatdan artıqdır gecikir.

Qarabaginfo.az-ın məlumatına görə, eyni zamanda təkrar istiqamətə uçuşu gözlənilən U6 2412 reysində də gecikmə qeydə alınıb.

Uçuşu “Ural Airlines” şirkəti həyata keçirir.

Moskva-Gəncə reysi üzrə sərnişinlərin sayı dəqiq bilinməsə də, Gəncədən eyni reys üzrə 100-dən artıq sərnişin istifadə edəcək.


Geri dön