Ana Sayfa > Karusel / Kriminal > Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir

Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir


1-01-2026, 19:58. Yazar: Admin

polkovnik-sirvanov-vaxtindan-tez-azadliga-cixmaq-isteyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

Qarab aginfo.az-ın məlumatına görə, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.

Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb. Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.

Qeyd edək ki, 143 milyonluq mənimsəmə ilə bağlı çoxsaylı zabit məhkum edilib.


Geri dön