Ana Sayfa > Karusel / Dünya > Moskva, İnquşetiya və Çeçenistanda çox sayda silah-sursat müsadirə edilib

Moskva, İnquşetiya və Çeçenistanda çox sayda silah-sursat müsadirə edilib


30-12-2025, 13:40. Yazar: Admin

Moskva, İnquşetiya və Çeçenistanda çox sayda silah-sursat müsadirə edilib

Moskva, İnquşetiya və Çeçenistanda "Batal-Hacı Belxoroyev cərəyanının ardıcılları" təşkilatının üzvləri saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Bildirilib ki, dəstə üzvlərindən çox sayda silah-sursat və partlayıcı maddə müsadirə edilib.

Qeyd edək ki, Batal-Hacı Belxoroyev təriqəti 1870-ci illərdə İnquş din xadimi Batal-Hacı Belxoroyev tərəfindən təsis edilib. "Batal-Hacı Belxoroyev cərəyanın ardıcılları" təşkilatı Rusiyada terror təşkilatı kimi tanınıb və qadağan edilib.


Geri dön