Ana Sayfa > Karusel / Gündəm / İqtisadiyyat > Bakı üzrə ticarət dövriyyəsi cüzi azalıb
Bakı üzrə ticarət dövriyyəsi cüzi azalıb11-01-2021, 11:13. Yazar: Admin |
Ötən ilin yanvar-noyabr aylarında Bakı şəhəri üzrə ticarət dövriyyənin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalaraq 19 202,8 mln. manat olub. Bakı Şəhər Statistika İdarəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,9% artaraq 9752,9 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,9% azalaraq 9 449,9 mln. manata bərabər olub. İstehlak məhsullarının 31,4%-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,1%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,5%-i isə paytaxtın məhsul bazarlarında satılıb. Geri dön |