Ana Sayfa > Karusel / Qarabağ > FHN: Şuşada yolların buz bağlaması ilə bağlı köməklik göstərilib- VİDEO
FHN: Şuşada yolların buz bağlaması ilə bağlı köməklik göstərilib- VİDEO29-12-2025, 10:20. Yazar: Admin |
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış “HYUNDAİ” markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib. Geri dön |