Ana Sayfa > Karusel / Region > Tərəflər Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb –Rusiya XİN

Tərəflər Ukrayna münaqişəsinin həllinə yaxınlaşıb –Rusiya XİN


27-12-2025, 10:07. Yazar: Admin

Trampın Qafqaz

Trampın Qafqaz

“Ukrayna münaqişəsində tərəflər həqiqətən də münaqişəsinin həllinə yaxınlaşıblar”.

Bunu Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Düşünürəm ki, 25 dekabr 2025-ci il tarixi, həqiqətən də həll yoluna yaxınlaşdığımız bir mərhələ kimi yaddaşımızda qalacaq. Lakin son təkanı verib razılığa gələ bilməyimiz digər tərəfin siyasi iradəsindən asılıdır”, – Ryabkov bildirib.

Onun sözlərinə görə, bu təkan Kiyev və tərəf müqabillərinin, xüsusən də razılığa sadiq olmayan Avropa Birliyindəki ölkələrin onu dayandırmaq üçün səylərini ikiqat artırdığı şəraitdə verilməlidir.


Geri dön