Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir
Ana Sayfa > Karusel / Dünya > KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir

KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir


26-12-2025, 22:15. Yazar: Admin

KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir

Rusiya pilotsuz uçuş aparatı Moldova səmasına daxil olub, Rumıniya istiqamətində hərəkət edir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Unian“ hava məkanın monitorinqi kanallarının məlumatına istinadən məlumat yayıb.

Məlumata görə, insident Rusiya ordusunun Ukraynaya qarşı növbəti hava hücumu fonunda qeydə alınıb. Hələlik bu məsələ ilə bağlı Moldova və Rumıniya rəsmilərindən rəsmi açıqlama verilməyib.

Qeyd olunur ki, bu, ilk belə hal deyil. Daha əvvəl də Rusiya tərəfindən Ukraynaya edilən hava hücumları zamanı PUA-lar həm Moldovanın, həm də Rumıniyanın hava məkanına daxil olub.


Geri dön