Ana Sayfa > Karusel / Siyasət > Bidzina İvanişvili siyasətdən gedir
Bidzina İvanişvili siyasətdən gedir11-01-2021, 10:36. Yazar: Admin |
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasəti tərk edir. Qarabaginfo.az xəbər verir ki, bu barədə o, özünün açıq məktubunda bildirib. “Düşünürəm ki, mənim missiyam tamamlanıb. Mən nəhayət siyasətdən və idarəetmə sahəsindən tamamilə uzaqlaşmaq barəsində qərar qəbul etmişəm. Mən partiya sədri vəzifəsini tərk edərək 2011-ci ildən əvvəlki özəl həyat tərzimə geri dönəcəyəm. Bu gün hakim komanda bütün siyasi aktorlar arasında həqiqətən də ən yaxşı və alternativsizdir. Mən əminəm ki, bu komandanın üzvləri mənim işimi, səlahiyyətimi və bacarıqlarımı ləyaqətlə əvəzləyə bilərlər. Mən siyasəti fəxrlə, qalib kimi və minnətdar bir şəkildə tərk edirəm. İnsanlar mənim dövlətin və ölkənin maraqlarına uyğun fəaliyyət göstərdiyimi görə bilirdilər. Mən əminəm ki, gürcü xalqı mənim bu addımımı təqdir edəcək”, - deyə açıq məktubda bildirilib. Qeyd edək ki, 2012-ci ildə “Gürcü Arzusu” partiyasını təsis edən B. İvanişvili 2012-2013-cü illərdə Gürcüstanın Baş naziri olub. O, 2013-cü ildə siyasətdən getdiyini açıqlasa da 2018-ci ildə “Gürcü Arzusu” partiyasının sədri kimi siyasi fəaliyyətini davam etdirib. 4,8 milyard dollar sərvəti ilə Gürcüstanın ən zəngin iş adamı olan 64 yaşlı B. İvanişvili “Forbes”a görə dünya milyarderlər siyahısında 349-cudur. Geri dön |