Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ Nigeriyada İŞİD terrorçularına qarşı güclü hücum təşkil edib

Tramp: ABŞ Nigeriyada İŞİD terrorçularına qarşı güclü hücum təşkil edib


26-12-2025, 08:29. Yazar: Admin

ABŞ prezidenti Donald Tramp

Amerika Birləşmiş Ştatları Nigeriyanın şimal-qərbindəki İŞİD terrorçularına qarşı güclü hücum təşkil edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti “Truth” sosial media hesabında yazıb.

“Mən əvvəllər də bu terrorçulara xəbərdarlıq etmişdim ki, əgər onlar xristianların qətlini dayandırmasalar, cəzalandırılacaqlar və bu gecə də belə oldu. Hərbi Departament yalnız ABŞ-ın etməyə qadir olduğu çoxsaylı hücumlar həyata keçirdi. Mənim rəhbərliyim altında ölkəmiz radikal İslam terrorizminin çiçəklənməsinə imkan verməyəcək”, - Tramp qeyd edib.


Geri dön