Ana Sayfa > Karusel / Dünya > Peskov Zelenskinin Milad təbrikini mədəniyyətsizlik adlandırıb

Peskov Zelenskinin Milad təbrikini mədəniyyətsizlik adlandırıb


25-12-2025, 15:09. Yazar: Admin

 

Picture background

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin ukraynalıların kimin haqqında danışdığını birbaşa demədən “onun ölməsini” arzuladığını bildirən qalmaqallı Milad təbrikinə reaksiya verib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Prezidentinin rəsmi nümayəndəsi Dmitri Peskov Zelenskinin məlum bəyanatını mədəniyyətsizlik adlandırıb, Ukrayna liderini qeyri-adekvat olmaqda ittiham edib.

"Bu, (Zelenskinin Milad təbriki-red.), mədəniyyətsizlikdir və qəzəblidir. Mən sual vermək istərdim: o, siyasi və diplomatik vasitələrlə münaqişə ilə bağlı adekvat qərarlar qəbul etməyə qadirdirmi?" – deyə Kremlin sözçüsü bildirib.

Qeyd edək ki, dünən Zelenski Milad təbrikində ad çəkmədən ukraynalıların onun ölməsini arzuladıqlarını bildirib. Rusiyada bu, Zelenskinin Putinə ölüm arzuladığı kimi qəbul olunub.


Geri dön