Bu gün Zəngilanın Məmmədbəyli kəndinə növbəti köç olub.
Qarabaginfo.az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə köçürülən147 nəfərdən ibarət 29 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.