Ana Sayfa > Karusel / Region > “Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”

“Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”


10-01-2021, 16:51. Yazar: Admin

 

  “Daşnaksütyun”un rəsmisi: “Paşinyan satqındır”
İşxan Saqatelyan

“Ermənistanda 16 müxalifət partiyası tərəfindən yaradılan “Vətənin qurtuluşu üzrə hərəkatı” hökumətin istefası üçün mübarizəsini davam etdirəcək”.

Qarabaginfo.az Report.az-a istinadən xəbər verir ki, bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

Siyasətçi müxalifət tərəfdarlarına hakim partiyadakı bütün millət vəkillərinə etirazlarını bildirmələri ilə bağlı çağırış edib:

“Satqına (Nikol Paşinyan – Red) dəstək olmaq da satqınlıqdır. Qonşularınız, qohumlarınız və dostlarınıza izah edin ki, Ermənistanın qurtuluş yolu yalnız bu satqının istefasıdır. Onsuz nə təhlükəsizlik, nə də rifah olacaq”. “Sputnik Ermənistana”


Geri dön