Ana Sayfa > Karusel / Dünya > Rəsmi Moskva: Qərbdəki aktivlərimizin müsadirəsinə cavabımız olduqca sərt olacaq

Rəsmi Moskva: Qərbdəki aktivlərimizin müsadirəsinə cavabımız olduqca sərt olacaq


25-12-2025, 12:40. Yazar: Admin

Rusiya Baş nazirinin müavini Aleksandr Novak

 

Rusiyanın Qərbdə dondurulmuş aktivlərin mümkün müsadirəsinə cavab vermək üçün planı var.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, müvafiq plan hazırlanıb və Rusiya aktivləri müsadirə olunarsa, plan həyata keçiriləcək.

Novak Rusiyanın cavabının qarşılıqlı və olduqca sərt olacağını xatırladıb.


Geri dön