Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 9 yanvar tarixli açıqlamalarını rədd edir və əsassız hesab sayır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şənbə günü verdiyi şərhdə bildirilib.
Xatırladaq ki, Yerevan Bakını beynəlxalq hüququ və 10 noyabr üçtərəfli bəyanatının müddəalarını pozmaqda günahlandırıb. Erməni tərəfinin verdiyi məlumata görə, Azərbaycan dekabr ayında Hadrutda tutulan 62 hərbi əsiri qanunsuz olaraq saxlayır.
Azərbaycan Xarici İşlər Nazirliyi isə əsir götürülmüş erməni əsgərlərinin Ermənistan silahlı qüvvələrində xidmət etmək üçün Ermənistanın Şirak bölgəsindən hərbi xidmətə çağırıldığını və 26 noyabrda Azərbaycan ərazisində yerləşdirildiyini xatırladır. Yəni 10 Noyabrdakı üçtərəfli razılaşmadan sonra və bu sənədə zidd olaraq.