Rusiyada son bir gündə daha 22 851 nəfərə COVID-19 diaqnozu qoyulub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 401 954 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 456 nəfər artaraq 61 837-yə yüksəlib.