Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto
Ana Sayfa > Karusel / Gündəm > Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş - Foto


23-12-2025, 10:23. Yazar: Admin

qezada-helak-olan-hakim-taninmis-prokurorun-xanimi-imis

Dünən axşam saatlarında Novxanı-Pirşağı yolunda baş verən ağır qəzada həlak olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Aynur Rzayeva vəzifəli şəxsin xanımı imiş.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhum hakimin həyat yoldaşı Ceyhun Hümbətov Bakı Şəhər Prokurorluğunda idarə rəisidir.

Belə ki, baş ədliyyə müşaviri olan C.Hümbətov Bakı Şəhər Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisidir. O, daha əvvəl baş prokuror Kamran Əliyevin böyük köməkçisi vəzifəsini də tutub.


 


Geri dön