Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Tramp: ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacı var
Ana Sayfa > Karusel / Dünya > Tramp: ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacı var

Tramp: ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacı var


23-12-2025, 08:27. Yazar: Admin

Tramp: ABŞ-ın Qrenlandiyaya milli təhlükəsizlik üçün ehtiyacı var

Prezident Donald Tramp ABŞ-ın Qrenlandiyaya təbii sərvətlərinə nəzarət etmək üçün deyil, milli təhlükəsizlik üçün ehtiyacı olduğunu deyib.

Qarabaginfo.az xəbər verir ki, Tramp bu barədə Florida ştatının Vest Palm Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərlə söhbəti zamanı danışıb.

"Bizə Qrenlandiya milli təhlükəsizlik üçün lazımdır. Minerallar üçün yox. Bizim çoxlu mineral yataqlarımız və neftimiz var! Dünyanın hər hansı digər ölkəsindən daha çox neftimiz var. Milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var. Qrenlandiyaya baxsanız, sahil boyunca hər yerdə Rusiya və Çin gəmilərini görürsünüz. Ora bizə milli təhlükəsizlik üçün lazımdır. Biz oraya sahib olmalıyıq", - o deyib.


Geri dön