Ana Sayfa > Karusel / Siyasət > Hakan Fidan: Mayami görüşündə Qəzza sülh planının ikinci mərhələsinə başlanması qərara alınıb

Hakan Fidan: Mayami görüşündə Qəzza sülh planının ikinci mərhələsinə başlanması qərara alınıb


22-12-2025, 17:43. Yazar: Admin

Türkiyə xarici işlər naziri Hakan Fidan

 

Türkiyə, ABŞ, Qətər və Misirin iştirakı ilə Mayamidə keçirilən görüşdə Qəzzada sülh planının ikinci mərhələsinə başlanması qərara alınıb.

 

Qarabaginfo.az-ın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı ilə keçirdiyi mətbuat konfransında məlumat verib.

 

Nazir bildirib ki, Mayami görüşü Şarm əl-Şeyxdən sonra bölgədə ən əhəmiyyətli görüşlərdən biridir. O, həmçinin İsrail və Suriya Demokratik Qüvvələrinin (SDG) birgə fəaliyyətinin sülh planına mənfi təsir göstərə biləcəyini vurğulayıb.


Geri dön