Ana Sayfa > Karusel / Siyasət > Cevdet Yılmaz Zəfər abidəsini ziyarət edib - FOTO

Cevdet Yılmaz Zəfər abidəsini ziyarət edib - FOTO


22-12-2025, 13:17. Yazar: Admin

Cevdet Yılmaz Zəfər abidəsini ziyarət edib

 

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Zəfər parkını ziyarət edib.

Qarabaginfo.az xəbər verir ki, ziyarət zamanı qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Nümayəndə heyəti torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirəsini dərin ehtiramla yad edib, Zəfər abidəsinin önünə əklil qoyulub.

Mərasimdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi anılıb.


Geri dön