Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib
Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib


22-12-2025, 12:06. Yazar: Admin

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığı müzakirə edilib

Azərbaycan-ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektləri müzakirə edilib.

Qarabaginfo.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında bildirib.

“Amerika Birləşmiş Ştatları Dövlət katibinin iqtisadi, enerji və biznes məsələləri üzrə köməkçisi Keyleb Or ilə videokonfrans formatında keçirdiyimiz görüş zamanı Azərbaycan – ABŞ iqtisadi tərəfdaşlığının müxtəlif aspektlərini, enerji və biznes sahəsində əməkdaşlığın strateji əhəmiyyətə malik olduğunu vurğuladıq.

 

Cənubi Qafqaz və Xəzər regionunda həyata keçirilən enerji layihələri, qaz nəqli və bu sahədə birgə fəaliyyətin şaxələndirilməsi imkanlarını müzakirə etdik” - paylaşımda qeyd edilib.


Geri dön