Ana Sayfa > Karusel / Dünya > "Bakı Metropoliteni" Maliyyə Nazirliyindən 245 mln. manat faizsiz kredit cəlb edib

"Bakı Metropoliteni" Maliyyə Nazirliyindən 245 mln. manat faizsiz kredit cəlb edib


22-12-2025, 11:55. Yazar: Admin

"Bakı Metropoliteni" Maliyyə Nazirliyindən 245 mln. manat faizsiz kredit cəlb edib

"Bakı Metropoliteni" QSC bu ilin fevral ayında Maliyyə Nazirliyindən 244,8 milyon manat faizsiz kredit cəlb edib.

Qarabaginfo.az-in əldə etdiyi məlumata görə, kredit bu ilin sonunda qaytarılmaq şərti ilə verilib.

Məlumata görə, "Bakı Metropoliteni" həmçinin, hökumətdən 2025-ci ildə aşağı sərnişindaşıma tarifləri səbəbindən yaranmış zərərləri kompensasiya etmək üçün 42,66 milyon manat subsidiya, 2025-ci ildə əsas tikinti və təmir işlərinin maliyyələşdirilməsi, vaqonlar kimi yeni əsas vəsaitlərin alınması və infrastrukturun inkişaf etdirilməsi məqsədilə isə 73,63 milyon manat vəsait alıb.


Geri dön