Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Rəis müavini: Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb
Ana Sayfa > Karusel / Cəmiyyət > Rəis müavini: Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb

Rəis müavini: Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb


22-12-2025, 11:23. Yazar: Admin

Orxan Qasımov

 

Bu günə kimi 70 əfv sərəncamı imzalanıb, 12 Amnistiya aktı qəbul edilib. Bu gün icra edilən 13-cü amnistiya aktıdır.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəis müavini, ədliyyə general-mayoru Orxan Qasımov Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktının 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsində icrası zamanı deyib.

O qeyd edib ki, Amnistiya aktının təsir dairəsinə 17 min şəxs düşüb: “Bu tədbirlər ölkədə hüquq sisteminin gücləndiriməsinə xidmət edir. Hazırkı Amnistiya aktı Ədliyyə Nazirliyi tərəfindən operativ və sürətli şəkildə icra olunacaq”.


Geri dön