Ana Sayfa > Karusel / Cəmiyyət > Qapılar açılır... - 5 min nəfər azadlığa çıxır

Qapılar açılır... - 5 min nəfər azadlığa çıxır


22-12-2025, 10:15. Yazar: Admin

qapilar-acilir

Prezident İlham Əliyevin təşəbbüsü ilə parlamentin qəbul etdiyi Amnistiya aktının icrasına başlanılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu saatlardan etibarən cəzaçəkmə müəssisələrindən məhkumların azad edilməsinə start verilir.

Bu, ən böyük Amnistiya aktı hesab olunur. 20 min məhkuma şamil olunacaq sənədə əsasən, 5 minə yaxın şəxs həbs cəzalarından tam azad ediləcək.

Həmçinin azadlıqdan məhrumetmə növündə cəza çəkən 3 minə yaxın məhkumun cəzası 6 ay azaldılacaq.

Qalan hissə isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan və azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilənlərə aiddir. 

Ədliyyə Nazirliyi bu qərarı 4 ay ərzində icra etməlidir.


Geri dön