Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələrin göstərdiyi xidmətlərin dəyəri 3464,5 milyon manat təşkil edib.
Bu barədə Qarabaginfo.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,1% çoxdur.
Dövr ərzində xidmətlərin 70,7%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 33,7%-i və ya 1166,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.