Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir
Ana Sayfa > Karusel / Siyasət > Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir


20-12-2025, 12:07. Yazar: Admin

Səfirlik: ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

ABŞ Cənubi Qafqazın potensialını reallaşdırmaq üçün Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir.


Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Səfirliyinin ABŞ və Azərbaycan arasında ikitərəfli işçi qrupunun ilk görüşünə dair məlumatında qeyd edilib.

"Dünən ABŞ və Azərbaycan hökumətlərinin yüksək vəzifəli nümayəndələri Prezident Trampın 8 avqust tarixində keçirilmiş tarixi Sülh Sammitində imzalanmış Anlaşma Memorandumunun icrasına başlamaq məqsədilə ölkələrimizin ikitərəfli işçi qrupunun ilk iclası çərçivəsində bir araya gəldilər. Bu görüş zamanı biz regional bağlantı və ticarətin gücləndirilməsi, süni intellekt və rəqəmsal infrastruktur da daxil olmaqla iqtisadi investisiyalar, eləcə də təhlükəsizlik sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyətləri müzakirə etdik. ABŞ Prezident Trampın sülh və rifah baxışını irəli aparmaq və Cənubi Qafqazın zəngin iqtisadi potensialını reallaşdırmaq üçün dəyərli strateji tərəfdaşımız Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir", - məlumatda bildirilib.


Geri dön