Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin Rusiyanın Ukrayna məsələsində kompromisə razı olduğunu bildirib
Ana Sayfa > Karusel / Dünya > Putin Rusiyanın Ukrayna məsələsində kompromisə razı olduğunu bildirib

Putin Rusiyanın Ukrayna məsələsində kompromisə razı olduğunu bildirib


19-12-2025, 15:19. Yazar: Admin

Rusiya Prezidenti Vladimir Putin

Biz insanların ölməyinə görə məsuliyyət daşımırıq, çünki bu müharibəni biz başlamamışıq.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Rusiya Prezidenti müharibəni Ukraynanın başlatdığını deyib.

Putin bu ilin avqustunda Alyaskada ABŞ Prezidenti Donald Trampla danışıqlarda əldə olunan razılaşmalara da toxunub. O vurğulayıb ki, Rusiya Ankoricdə Trampın təklifləri ilə razılaşıb və praktik olaraq onları qəbul edib: “Nəyisə rədd etdiyimizi demək düzgün deyil. Bizə təklif olunan kompromislərlə razıyıq”.

Rusiya Prezidenti “topun tamamilə Ukrayna rəhbərliyinin və onların Avropa sponsorlarının tərəfində olduğunu” qeyd edib: “Biz həm danışıqlara, həm də münaqişənin sülh yolu ilə həllinə hazırıq”.


Geri dön