Ana Sayfa > Karusel / İqtisadiyyat > Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib
Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib18-12-2025, 15:22. Yazar: Admin |
|
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib. Bu barədə Qarabaginfo.az-a ADSEA-dan bildirilib. Qəbul edilən dövlət standartları aşağıdakılardır: * AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”; Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək. Qeyd edək ki, təsdiq edilmiş dövlət standartlarını AZSTAND Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib. Geri dön |