Ana Sayfa > Karusel / Dünya > ABŞ, Fransa və Səudiyyə Ərəbistanı diplomatları Hizbullahın tərksilah olunmasını müzakirə edəcək

ABŞ, Fransa və Səudiyyə Ərəbistanı diplomatları Hizbullahın tərksilah olunmasını müzakirə edəcək


18-12-2025, 14:23. Yazar: Admin

ABŞ, Fransa və Səudiyyə Ərəbistanı diplomatları Hizbullahın tərksilah olunmasını müzakirə edəcək

Bu gün Parisdə Fransa, Səudiyyə Ərəbistanı və ABŞ-dan olan diplomatlar Livan ordusunun rəhbərliyi ilə müzakirələr aparacaqlar.

Qarabaginfo.az “Reuters“ə istinadən xəbər verir ki, müzakirələrin əsas mövzusu Hizbullahın silahsızlaşdırılması ilə bağlı yol xəritəsinin yekunlaşdırılması olacaq.

Qeyd edək ki, 2024-cü ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs elan olunub.

Livan hökuməti Hizbullahın 2025-ci ilin sonuna kimi silahsızlaşdırılması ilə bağlı öhdəlik götürüb.


Geri dön