Ana Sayfa > Karusel / Siyasət > Kallas: Gürcüstan Aİ istiqamətində addımlamır

Kallas: Gürcüstan Aİ istiqamətində addımlamır


18-12-2025, 13:07. Yazar: Admin

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas

“Biz Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirik”.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə keçirilən Aİ liderlərinin sammiti öncəsi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır.

“Buna görə də biz gürcü xalqına qətiyyətlə bəyan edirik ki, biz onlarlayıq. Lakin hökumət yanlış addımlar atdığı müddətcə biz Gürcüstanın namizəd ölkə statusu alması prosesində irəliləyə bilməyəcəyik”, - Kallas əlavə edib.


Geri dön