Ana Sayfa > Karusel / Dünya > Merz: Almaniya Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır

Merz: Almaniya Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır


17-12-2025, 21:10. Yazar: Admin

Merz: Almaniya Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır

"Almaniya, digər NATO üzvləri ilə birlikdə, Ukraynanın təhlükəsizlik zəmanətçiləri arasında olmalıdır."

Qarabaginfo.az xəbər verir ki, bu iddia ilə Almaniya kansleri Fridrix Merz çıxış edib.

"Almaniya müttəfiqləri ilə birlikdə atəşkəsdən sonra Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə öz töhfəsini verməlidir", - Merz deyib.

Merz həmçinin vurğulayıb ki, bu töhfənin detalları vaxtında müzakirə olunmalıdır.

Kansler həmçinin başlayan diplomatik prosesin tamamlanacağına ümid etdiyini bildirib.


Geri dön