Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb
Ana Sayfa > Karusel / Dünya > Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb

Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb


17-12-2025, 10:21. Yazar: Admin

Bolqarıstan ABŞ-dan daha iki F-16 qırıcı təyyarəsini təhvil alıb

ABŞ-dan alınan yeni tək və iki nəfərlik F-16 “Block” 70 qırıcı təyyarələri Bolqarıstanın Qraf İqnatyevo Hava Bazasına çatıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bolqarıstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə F-16 “Block” 70 qırıcı təyyarələrinin ilk partiyasının Bolqarıstan Hərbi Hava Qüvvələrinə çatdırılması başa çatıb.

“Lockheed Martin” şirkəti ilə müqavilə çərçivəsində qalan səkkiz təyyarə təhvil verildikdən sonra Bolqarıstan Hərbi Hava Qüvvələrində F-16 “Block” 70 qırıcı təyyarələrindən ibarət eskadrilya olacaq.

Səkkiz qırıcıdan ibarət ikinci partiyanın 2027-ci ilin sonuna qədər Bolqarıstana çatması gözlənilir.


Geri dön