Ana Sayfa > Karusel / Qarabağ > Məcburi köçkünlərin 96 faizi azad edilmiş torpaqlara qayıdacaq

Məcburi köçkünlərin 96 faizi azad edilmiş torpaqlara qayıdacaq


8-01-2021, 14:35. Yazar: Admin
Məcburi köçkünlərin 96 faizi azad edilmiş torpaqlara qayıdacaq

 

Məcburi köçkünlərin tam əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq arzusundadır və bununla bağlı istəklərini ifadə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.

F.Hüseyov bildirib ki, son 25 il ərzində məcburi köçkünlər arasında müxtəlif beynəlxalq təşkilatlar, BMT qurumları, qeyri-hökumət təşkilatları, müxtəlif xarici beynəlxalq təsisatlar tərəfindən, özəl şirkətlər, dövlət qurumları tərəfindən və Vətən müharibəsi zamanı Sosial Tədqiqatlar Mərkəzi tərəfindən sorğular aparılıb.

Onun sözlərinə görə, bu sorğuların yekdil nəticəsinə uyğun olaraq məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti, 96 faizindən çoxu öz doğma torpaqlarına qayıtmaq arzusundadırlar.

F.Hüseynov qeyd edib ki, məcburi köçkünlər işğal müddətində öz doğma torpaqlarına qayıtmaq inamı və arzusu ilə yaşayıblar(Yenisabah)


Geri dön