Ana Sayfa > Karusel / Kriminal > Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb

Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb


16-12-2025, 13:46. Yazar: Admin

Cəmil Həsənli

 

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli növbəti dəfə DTX-ya çağırılıb.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Cəmil Həsənli sosial şəbəkədə özü məlumat yayıb.

Onun DTX-da şahid qismində dindiriləcəyi bildirilir.

Qeyd edək ki, Cəmil Həsənli noyabrın 30-da DTX-da şahid qismində ifadə verib.

 


Geri dön