Ana Sayfa > Karusel / Region > Erməni deputat: Ölkəmizin NATO-ya üzv olmaq niyyəti yoxdur

Erməni deputat: Ölkəmizin NATO-ya üzv olmaq niyyəti yoxdur


16-12-2025, 12:52. Yazar: Admin

deputat Sarkis Xandanyan

Ermənistanın NATO-ya üzv olmaq niyyəti yoxdur.

Qarabaginfo.az “news.am”a istinadən xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Sarkis Xandanyan jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Ermənistanda NATO-nun nümayəndəliyi ola bilməz və ölkənin NATO-ya üzv olmaq niyyəti yoxdur.

Eyni zamanda, Xandanyan qeyd edib ki, Ermənistan Alyansla əməkdaşlıqda maraqlıdır.


Geri dön