Ana Sayfa > Karusel / Təhsil > Emin Əmrullayev: Universitet tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır

Emin Əmrullayev: Universitet tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır


16-12-2025, 11:13. Yazar: Admin

Elm və təhsil naziri Emin Əmrullayev

 

"Universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır".

Qarabaginfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisələrinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin diferensionallaşması zərurəti yaranır”.

Geri dön