ABŞ Silahlı Qüvvələri Sakit okeanın beynəlxalq sularında narkotik daşıyan üç sürətli qayığı məhv edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun X hesabında məlumat yayılıb.
Məlumata görə, əməliyyat zamanı qayılarda olan səkkiz nəfər ölüb.
Kəşfiyyat məlumatları həmin gəmilərin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə olunan məlum marşrutlarla hərəkət etdiyini və narkotik daşınması ilə məşğul olduqlarını təsdiqləyib.