Ana Sayfa > Karusel / Gündəm > Göyçay icra hakimiyyətində bir şöbə tamamilə boşdur

Göyçay icra hakimiyyətində bir şöbə tamamilə boşdur


15-12-2025, 23:30. Yazar: Admin

Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində 3 vakant yer var. 

Qarabaginfo.az icra hakimiyyətinin rəsmi saytına istinadla xəbər verir ki, şöbə müdiri – baş memar, böyük və aparıcı məsləhətçi (mühəndis) ştatlarına təyinat olmayıb.

Bununla da icra aparatında bir şöbə tamamilə boş qalıb.

Eyni zamanda, başçının birinci müavini və köməkçisi də daxil olmaqla, 5 vakant yer mövcuddur.

Xatırladaq ki, Göyçay Rayon İcra Hakimiyyətinə bu yaxınlarda yeni təyinat olub. Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Mürsəlov rayona rəhbər təyin edilib.


Geri dön