Ana Sayfa > Karusel / Gündəm > Vüqar Əhməd saxlanılıb?- AÇIQLAMA

Vüqar Əhməd saxlanılıb?- AÇIQLAMA


15-12-2025, 23:04. Yazar: Admin

 

Bəzi media qurumlarında tanınmış şair, alim Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılıb. 

Qarabaginfo.az xəbər verir ki, Vüqar Əhməd bu barədə “Unikal”a açıqlamasında yayılan xəbəri təkzib edib.

“Mənim imicimə toxunmaq üçün yalan məlumat yayıblar. Həkimdə olmuşam, sonra telefonumu düzəltdirmişəm. Belə şey qətiyyən olmayıb, ola da bilməz. Vüqar Əhmədi kim saxlaya bilər ki?!”

V.Əhməd xəbərin AMEA-da çalışan iş yoldaşı tərəfindən təsdiq olunması məsələsinə də münasibət bildirib: “Aygün yalan deyib, belə bir şey olmayıb, qurmadır”.


Geri dön