Ana Sayfa > Karusel / Dünya > Bu ölkədə daşqınlar 21 can aldı

Bu ölkədə daşqınlar 21 can aldı


15-12-2025, 11:35. Yazar: Admin

Bu ölkədə daşqınlar 21 can aldı

Mərakeşin Safi vilayətində güclü yağışların səbəb olduğu daşqında 21 nəfər həlak olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərakeş hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, bir saat ərzində yağan yağış daşqına səbəb olub. Nəticədə 32 nəfər yaralanıb, 21 nəfər həlak olub.

Qeyd edək ki, Mərakeş illərdir davam edən quraqlığın ardından güclü yağışla qarşılaşıb.

 


Geri dön