Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda yeni yoluxma sayı - 685 nəfər: ölən və sağalanlar...
Azərbaycanda yeni yoluxma sayı - 685 nəfər: ölən və sağalanlar...7-01-2021, 17:15. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 685 yeni yoluxma faktı qeydə alınıb, 1931 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 222 885 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 203 527 nəfər müalicə olunaraq sağalıb, 2 845 nəfər vəfat edib, aktiv xəstə sayı 16 513 nəfərdir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb. Belə ki, ölkədə son sutka ərzində 9 915, hazırkı dövrədək isə 2 241 908 test aparılıb. Geri dön |