Avstraliyanın Sidney şəhərində yerləşən Bondi Beach ərazisində atəş səslərinin eşidilməsindən sonra iki nəfər polis tərəfindən nəzarətə götürülüb.
Qarabaginfo.az xəbər verir ki, ABŞ-ın CNN telekanalının məlumatına görə, hazırda ölən və ya yaralananlar barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Polis hadisənin səbəblərini araşdırır, saxlanılan şəxslərin bu insidentlə birbaşa əlaqəsinin olub-olmadığı isə istintaq nəticəsində müəyyən ediləcək.